Ukrayna büdcə kəsiri fonunda xaricdə yaşayan vətəndaşlar üçün sosial müavinətləri azaldır.
Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, uzun müddət və ya daimi olaraq xaricdə yaşayan ukraynalılar dövlətdən yeni sosial müavinətlər ala bilməyəcəklər.
Bildirilib ki, istisnalara əvvəllər təyin olunmuş pensiyalar, çoxuşaqlı ailələr üçün müavinətlər və ailə tipli uşaq evləri daxildir.
Ukrayna Milli Bankının hesablamalarına görə, bu il Ukraynanın büdcə kəsiri 70 milyard dollardan çoxa çatacaq. Bu rəqəm Ali Rada tərəfindən 2025-ci ilin sonunda qəbul edilmiş büdcə qanunundan təxminən 30 milyard dollar çoxdur.
Gülşən Şərif




