• Bakı 15° C

    15.78 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs SAXLANILDI

HADİSƏ

29 May 2026 | 16:58

Ukraynada azərbaycanlı meri bıçaqlayan şəxs SAXLANILDI

Ukraynanın Dnepropetrovsk vilayətinin Pyatixatki şəhərinin meri, 61 yaşlı Hilal İsayevi bıçaqlayan fermer saxlanılıb.

Bakıvaxtı.az bu barədə Azərtca-a istinadən xəbər verir.

Dneprdə yaşayan diaspor fəalı Eldar Tağıyev bildirib ki, "Dnepropetrovsk vilayəti azərbaycanlıları liqası"ndan Sərxoş İsmayılov, diaspor fəalları Eldar Tağıyev və Pərviz Əliyev, həmçinin Krivoy-Roq şəhərində yaşayan soydaşlarımız Hilal İsayevin müalicə aldığı xəstəxanada olublar.

"Həmyerlimizə baş çəkdik. Hazırda Hilal İsayev reanimasiyada müalicə alır. Ağır bıçaq xəsarətləri yetirildiyindən müalicəsi hələlik reanimasiyada davam etdirilir", - deyə Eldar Tağıyev əlavə edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Hilal İsayev Lerik rayonunun Livədirqə kəndində anadan olub, Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi" özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə "Batkivşina" partiyasından Dnepropetrovsk vilayət şurasının deputatı seçilib. 2019-cu ildə Hilal İsayev eyni partiyadan 9-cu çağırış Ali Radaya namizədliyini irəli sürsə də, seçilməyib. 2020-ci ildən Pyatixatki şəhərinin meri vəzifəsini tutur.


SON XƏBƏRLƏR

28 May 2026