Ukraynada hazırda 62 mindən çox sığınacaq var ki, burada ölkə əhalisinin yarısı yerləşdirilə bilər. Bu, kifayət deyil, ona görə də yeni sığınacaqların yaradılması üzərində iş davam etdiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko deyib.
“Bu, əhəmiyyətli bir rəqəmdir, lakin kifayət deyil. Ümumilikdə, sığınacaqlarda ölkə əhalisinin yarısı yerləşdirə bilər, lakin cəbhə bölgələrində belə obyektlər yetəri qədər deyil”, - deyə o bildirib.
Bakı 



