Kiyevdə “Vətən” abidəsinin yanında asılan Ukraynanın ən böyük bayrağı güclü külək nəticəsində ikiyə bölünüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS şəhər administrasiyasına istinadən məlumat yayıb.
Yerli hakimiyyət bayrağın təxminən 90 metr hündürlükdə yerləşdirildiyini bildirib. Ölçüləri 16x24 metrdir.
Administrasiyadan verilən məlumata görə, dünən əlverişsiz hava şəraiti ilə əlaqədar bayraq yarıya qədər endirilsə də, onu qorumaq mümkün olmayıb. Bayraq yenisi ilə əvəzlənəcək.