• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynaya müharibədə dəyən ziyanın məbləği AÇIQLANDI

DÜNYA

29 Mart 2022 | 18:34 | Müəllif: Subhan Mahmudov

Ukraynaya müharibədə dəyən ziyanın məbləği AÇIQLANDI

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur.

Bakıvaxtı.az report-a istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Baş nazirin dediyinə görə, təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib: "Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan çoxdur".

Hökumət başçısı müharibə nəticəsində ölkə iqtisadiyyatının itkilərinin, yəni qoyulmayan sərmayələr, əldə edilməyən mənfəət kimi ziyanın 290 milyard dollardan çox olduğunu söyləyib.

Müharibə ucbatından Ukraynada ÜDM-in illik 35 faiz azaldığı diqqətə çatdırılıb.

Rəsmi məlumata görə, Ukraynada ÜDM 2020-ci ildə 3,8 faiz azaldıqdan sonra 2021-ci ildə 3,4 faiz artaraq 200 milyard dollara yaxındır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026