• Bakı 16° C

    11.72 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilsin - Şolts

DÜNYA

29 May 2024 | 10:07

Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilsin - Şolts

Almaniya kansleri Olaf Şolts, görünür, Ukraynaya Qərb silahları ilə Rusiyanı vurmağa icazə verilməsini dəstəkləyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu "The Guardian" yazıb.

Nəşr yazır ki, Fransa prezidenti Emmanuel Makron Almaniyaya dövlət səfəri zamanı bu barədə danışarkən kansler də bu məsələdə Ukraynanı dəstəkləyib.

Bununla belə, o əlavə edib ki, ukraynalıların silah tədarükçülərinin şərtlərinə əməl etməsi şərti ilə Fransa lideri ilə razılaşır. Eyni zamanda, Şolts ukraynalılara lazım olan və Rusiyanın mövqelərinə güclü zərbələr endirməyə qadir olan uzaq mənzilli “Taurus” raketlərini verməkdən imtina edib.


SON XƏBƏRLƏR

26 Sentyabr 2025