Şairə-aparıcı Nazilə Səfərli maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, o, pul alıb efirə gələn müğənnilərdən söz açıb.
"Əvvəla mən o həddə çatdırmaram ki, kimsə mənə desin, pul ver gəlim verilişinə. O ki qaldı 3 saatlıq tək efir aparan müğənniyə, mən iddialı deyirəm. Heç müğənni də deyiləm. 4 saatlıq efiri tam aparmaq bacarığım var. 3 saat efirdə qalmaq istəyən müğənni tam proqram göndərsin, rəhbərlik onu qiymətləndirsin. Görək ki, sən bu 3 saatda burda nə edəcəksən? Ayaqqabını, paltarını göstərəndən sonra daxili dünyanı nə qədər sərgiləyə bilərsən? Ondan sonra buyur, meydan sənindir. Yoxsa, sənin ixtiyarın yoxdur camaatın əsəbi ilə oynayasan. Çox da ki, ulduzsan. Gözümüz aydın",-deyə N.Səfərli bildirib.
Qeyd edək ki, Nazilə Səfərli “Space” TV-də "Banu" verilişinin aparıcısıdır.
Xəyalə Rza
















