• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ülvira maşınına girən oğruya - "Oğurluğa dodağını  boyayıb gedəcəksən?”

HADİSƏ

08 Sentyabr 2022 | 13:28

Ülvira maşınına girən oğruya - "Oğurluğa dodağını boyayıb gedəcəksən?”

Tanınmış aparıcı Ülvira Qarayevanın maşınına oğru girib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“Səhərüzü məhəllədə 3 maşının şüşəsini sındırıb, içinə giriblər. Mənim maşınından bir qab qəpik, bir böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar”, - o yazıb.

Qarayeva əlavə edib ki, hadisə yerinə polis çağırılıb: “Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar”.

Aparıcı kosmetikasının oğurlandığından təəccüblənib: “Əsas məsələ - kosmetikanı neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb gedəcəksən?”


Ülvira maşınına girən oğruya - "Oğurluğa dodağını boyayıb gedəcəksən?”Ülvira maşınına girən oğruya - "Oğurluğa dodağını boyayıb gedəcəksən?”Ülvira maşınına girən oğruya - "Oğurluğa dodağını boyayıb gedəcəksən?”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026