• Bakı 21° C

    10.96 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olundu - VİDEO

CƏMİYYƏT

01 Iyun 2026 | 10:55

Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olundu - VİDEO

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin “Sosial-ictimai məsuliyyət” dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub.

Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb.

Məlumat üçün bildirək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir.

Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir. Şirkət fəaliyyəti boyu sosial məsuliyyət prinsipinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə və maarifləndirmə layihələri həyata keçirir.


SON XƏBƏRLƏR

31 May 2026