Uşaqlarda artıq çəkinin yaranmasında genetik meyl mövcud olsa da, ən çox səbəb yanlış qidalanma və fiziki aktivliyin azlığıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib.
Onun sözlərinə görə, genetik meyl cəmiyyətdə hər üç nəfərdən birində mövcuddur və bu, bədənin enerji yığıma meylliliyini artırır:
“Genetik faktor uşağın bədənində yağın depolanmasına meyilli olmasını şərtləndirir. Lakin real təcrübədə uşaqlarda piylənmənin yalnız 4-5 faizi genetik və ya xəstəliklərlə bağlıdır. Əksər hallarda - 95-99%-də - artıq çəki uşağın qidalanma vərdişlərinin pozulması və hərəkətin azlığı ilə bağlıdır”, - deyə mütəxəssis bildirib.
Azad Əkbərzadə vurğulayıb ki, genetik meyl olsa belə, düzgün qidalanma və aktiv həyat tərzi uşaqların sağlam çəkidə qalmasına kömək edə bilər:
“Bu səbəbdən valideynlər uşağın qidalanmasına diqqət etməli və fiziki aktivliyi artırmalıdırlar”.
Zeynəb Rzayeva
Bakı 




