• Bakı 17° C

    7.51 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Uzun tıxaclar yaşanan körpüdən SON GÖRÜNTÜLƏR

CƏMİYYƏT

20 Oktyabr 2025 | 15:03

Uzun tıxaclar yaşanan körpüdən SON GÖRÜNTÜLƏR

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə yaranan uzun tıxaclar sürücülərin narazılığına səbəb olur.

Bakıvaxtı.az bildirir ki, artıq yalnız günün pik saatlarında deyil, istənilən vaxt sözügedən körpüdə tıxacın yarandığını müşahidə etmək olur.

Körpüdə aparılan təmir işləri, təmir zamanı yolda olan texnika və iş maşınları da bu vəziyyətin əsas səbəblərindəndir.

Sürücülər deyirlər ki, yolda olan texnikalar, xüsusilə dar hissələrdə hərəkəti daha da çətinləşdirir və tıxacın uzanmasına səbəb olur. İnsanlar uzun müddət avtomobildə qalmaqla həm vaxt itirir, həm də əlavə stress yaşayırlar.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakıvaxtı.az-a bildirilmişdi ki, hazırda körpüyə yanaşma yollarında genişləndirmə işləri görülür.

Qurumdan mövcud 2 hərəkət zolağının 4 hərəkət zolağına genişləndirilməsi üzrə işlərin aparıldığı nəzərə çatdırılıb.

Onu da qeyd edək ki, qəzalı vəziyyətdə olan əvvəlki körpünün əvəzinə yeni körpü cari ilin mart ayında istifadəyə verilib.

Sözügedən körpüdə aparılan təmir işləri ilə bağlı son görüntüləri təqdim edirik:

Mina Mikayılova

 

 


SON XƏBƏRLƏR