Ukraynanın təhlükəsizliyinin təminatçıları dairəsi genişləndirilməli və bu təminatlar NATO-ya üzvlüyə bərabər olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bəyan edib.
Berlində Almaniya hökumətinin təşkil etdiyi açıq qapı günündə çıxış edən nazir bildirib ki, Ukraynaya təhlükəsizlik zəmanəti verəcək dövlətlərin siyahısı, ilk növbədə, ABŞ da daxil olmaqla, Avropadan kənara da genişləndirilməlidir.
Onun sözlərinə görə, Yaponiya da daxil olmaqla 30-a yaxın ölkə Kiyevi dəstəkləməyə hazır olduğunu bəyan edib. Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri iddia edib ki, Ukraynanın təxminən NATO üzvlüyünə bərabər təhlükəsizlik təminatlarına ehtiyacı var.