• Bakı 30° C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.9897

    RUB - 2.109

Valideynlərini itirdi, oxuya bilmədi - 37 yaşında tələbə oldu - VİDEO

CƏMİYYƏT

25 Avqust 2025 | 09:53

Valideynlərini itirdi, oxuya bilmədi - 37 yaşında tələbə oldu - VİDEO

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.  

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub. 

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib. 

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub. 

 Ətraflı "Baku Tv”-nin videomaterialında:


SON XƏBƏRLƏR

24 Avqust 2025