• Bakı 9° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Varlılar daha çox vergi verəcəklər: “Gömrük rüsumu da artırılır” 

GÜNDƏM

28 Oktyabr 2021 | 19:33

Varlılar daha çox vergi verəcəklər: “Gömrük rüsumu da artırılır”

Xəbər verildiyi kimi, Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum artırılır.

Bununla bağlı "Dövlət rüsumu haqqında"qanuna dəyişiklik ediləcək.

Avtomobillərin və telefonların qeydiyyatına görə rüsumların artırılmasının iqtisadi əsasları varmı?

İqtisadçı-ekspert Xalid Kərimli Bakıvaxtı.az-a bildirib ki, hökumətin rüsumları artırmaqda məqsədi tələbatı aşağı salmaqdır. 

“Həm gömrükdə, həm də yerli iqtisadiyyatda vergi və rüsumların üç əsas funksiyası var. Birincisi, bu iqtisadi proteksionizm funksiyasıdır, yəni yerli istehsalın qorunması, yerli istehsalın inkişafına şərait yaratmaq. İkincisi, əhalinin xərcləmələrini, istehlakı tənzimləməkdir. Üçüncüsü isə büdcənin fiskal funksiyası yerinə yetirmək, yəni büdcəni vəsaitlə təmin etməkdir. Bu üç funksiyadan birincisi tamamilə Azərbaycana aid deyil. Çünki bilirik ki, bu konkret misalda, konkret sualda olan nə avtomobil istehsal edilir ölkədə, nə də telefon istehsal edilir. Ona görə də proteksionist funksiyasını yerinə yetirmir. Qaldı ikinci və üçüncü funksiya ki, burada hökumətin telefon və avtomobillərə, yəqin ki, avtomobillərin siyahısında daha çox motorların həcmi böyük olan, lüks avtomobilləri görəcəyik. 
Hökumət gömrük və vergilərin rüsumlarını artırmaqla, idxal olunan rüsumları artırmaqla həm idxalın həcmini aşağı salmaq istəyir, əhalinin daha ucuz, ekonomik modellərə yönəlməsini istəyir. Bahalı hesab olunan telefon və avtomobillərdən çəkinməsini istəyir, yəni qiymətini daha da bahalaşdıraraq tələbatı aşağı salmaq istəyir. Əsas da üçüncü funksiyanın burada icrası nəzərdə tutulur. Çünki hesab olunur ki, bu avtomobillər və telefonların alıcıları əhalinin yaxşı, imkanlı  təbəqəsidir və bu da onların da vergiləndirməsi və dövlət büdcəsində onların getdikcə payının artırılmasını məqsədəuyğun hesab edir. Yəni bu addımla iki funksiyanın realizasiyası nəzərdə tutulur”, - deyə X.Kərimli bildirib. 
Ramid İbrahimov  


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026