"İstəyirsənsə qonaqlar təravətli yemək yesin, o şadlıq sarayına müraciət et ki, hər gün toy olmur. Bəzi şadlıq sarayında işləyənlərə halaldır. Uşalqarıma kiçik toy edəndə vedrə, qazanla gəlmişdim ki, nə qalsa aparacağam. Gördüm ki, nə qalıbsa ofisiantlar aparıb mətbəxə. Ofisiant evə aparsa, halal xoşu. Amma administratorlar yığır vedrəyə ki, sabah məclisdə qoysunlar masaya".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova verilişində deyib. Aparıcı toy edənlərə məsləhət verib.
Toylarda bol yemək verilməsini israfçılıq adlandıranları tənqid edən Səfərova bunları əlavə edib:
"İsrafçılıq sözü ilə razı deyiləm. Hər bir qonağın zövqünə uyğun yemək olur. Çox yemək olanda deyirlər, israfçılıqdır. Bir az da yemək az olanda deyirlər simicdir, pul yığırdır. Ürəyim necə istəyir elə də masa açıram: lap pul yığıram, lap israfçılıq edirəm. Onsuz da biz söz çıxaracağıq, bizin ənənəmizdir. Mənim yoldaşım toya gedəndə qoyulan kişmiş, fındığı da yeyir. Hərdən görürsən ki, imkanlı elə süfrə açır yeməyə heç nə olmur. Kasıb isə hərdən elə süfrə açır ki, hər şey olur".Axşam.az