• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Vətən müharibəsi qazisi: “O günlər xatirəmdən silinməyəcək”

CƏMİYYƏT

27 Sentyabr 2024 | 11:12

Vətən müharibəsi qazisi: “O günlər xatirəmdən silinməyəcək”

“Analarımızın başı dikdir. Xalqımızın başı dikdir. Hər şeyin sübutu elə bu məzarlar, bu xiyabandır. Qürurla demək istəyirəm ki, biz qalib xalqın Zəfərini yazan zabitlərik”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Vətən Müharibəsi iştirakçısı, ehitiyatda olan mayor Məmmədağa Əliyev bildirib.

Ordumuzun zabiti qeyd edib ki, bu gün baş verənlər barəsində danışmaq nə qədər çətin olsa da, bir o qədər şərəf doludur:

“Mən fəxr edirəm ki, Qarabağımızın azad edilməsi ilə bağlı döyüş əməliyyatlarında iştirak etmişəm. Bundan böyük qürur, fəxarət hissi ola bilməz. Qələbəmizin memarı Azərbaycan əsgəridir”-, deyə o, əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR