• Bakı 13° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Vətən müharibəsi qazisi Türkiyədə öldü - FOTO

CƏMİYYƏT

24 Aprel 2024 | 09:51

Vətən müharibəsi qazisi Türkiyədə öldü - FOTO

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024