Abşeron rayonunda Vətən müharibəsi şəhidinin adına küçə verilib.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Saray qəsəbəsində küçələrdən biri Şəhid Allahverdizadə Elnur Əli oğlunun şərəfinə adlandırılıb.
Qeyd edək ki, Şəhid Elnur Alllahverdizadə 07.11.2020-ci ildə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Elnur Allahverdizadə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
Səbuhi Elnur
Bakı 





