• Bakı 13° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.8346

    RUB - 2.0118

Vətəndaş evinə pəncərədən daxil olub? - RƏSMİ CAVAB

CƏMİYYƏT

01 Aprel 2025 | 13:30

Vətəndaş evinə pəncərədən daxil olub? - RƏSMİ CAVAB

Bakının Nəsimi rayonu, Həzi Aslanov küçəsi 55 ünvanında yaşayan sakinin evinin blokuna əsas giriş qapısının bağlanması ilə bağlı xəbərlər yayılıb. İddialarda vətəndaşın öz mənzilinə pəncərədən daxil olduğu bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, yayılan məlumatlar əsassızdır.

“Sözügedən bina 1885-ci ildə tikilib və bir müddət öncə dövlət layihəsi çərçivəsində aidiyyəti qurum tərəfindən təmir olunub. Vətəndaş mənzilin bir mövcüd girişi olmasına baxmayaraq, müəyyən məqsədlər üçün əlavə giriş açmaq niyyətində olub.

Qeyri-qanuni olaraq binanın konstruksiyasına müdaxilə faktlarının qarşısı dəfələrlə qurumun nümayəndələri tərəfindən alınıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib”, - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR