• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Vətəndaşdan altı kiloqram narkotik və odlu silah götürüldü 

HADİSƏ

13 Yanvar 2025 | 14:05

Vətəndaşdan altı kiloqram narkotik və odlu silah götürüldü 

Sabirabad sakinindən altı kiloqram narkotik vasitə və odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və odlu silah-sursatın saxlanılmasında şübhəli bilinən rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Vüqar Müxtarov saxlanılıb.

Belə ki, adıçəkilən şəxsdən altı kiloqram narkotik vasitə marixuana, 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, V.Muxtarov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.


SON XƏBƏRLƏR

15 Aprel 2025