• Bakı 23° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Vətəndaşlar narazılıq etdi - Avtobuslar yeniləndi

İQTİSADİYYAT

23 Iyun 2025 | 10:15

Vətəndaşlar narazılıq etdi - Avtobuslar yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin istehsalı olan 10 müasir və komfortlu avtobus gətirilərək bu gündən daşımalara cəlb edilib:

“King Long” markalı avtobuslar ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Hazırda sərnişin tələbatına əsasən marşrutda 20 avtobus istismar edilir. Xətdə olan digər avtobusların da yenilənməsi mərhələli qaydada həyata keçiriləcək və proses yaxın zamanda yekunlaşacaq. Daşıyıcı tərəfindən sifariş edilən yeni avtobuslar hesabına xəttə çıxan nəqliyyat vasitələrinin sayı artırılaraq 24-ə çatdırılacaq.

Artıq 525 nömrəli marşrut avtobuslarında ödəniş nağdsız qaydada həyata keçirilir. Bu məqsədlə həm yeni, həm də mövcud olan nəqliyyat vasitələrində müvafiq avadanlıq quraşdırlıb”.

Qeyd edək ki, bir neçə gün əvvəl 525 saylı marşrut avtobusundakı vəziyyət ciddi müzakirə və narazılıqlara səbəb olmuşdu.


SON XƏBƏRLƏR