Binəqədinin mərkəzi yolunda vətəndaşlar təhlükəli vəziyyətin mövcud olduğunu bildirirlər.
Bakıvaxtı.az xəbər verir ki, problemlə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Belə ki, sakinlər ərazidə yol dairəsinin çəkilməsini tələb edirlər.
Mövcud vəziyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
Qurumdan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazi ilə bağlı layihə artıq hazırlanıb:
"Müvafiq qurumlarla birgə razılaşdırılaraq icrası istiqamətində işlər görüləcək".
Mina Mikayılova