• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur - DİN

CƏMİYYƏT

20 Sentyabr 2023 | 10:52 | Müəllif: Qalib İbrahimoğlu

Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur - DİN

"Ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik ciddi şəkildə təmin olunur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əraziyə cəlb olunan DİN əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. E.Hacıyev bildirib ki, bu günə olan məlumata görə, hər hansı hüquqazidd, cəmiyyəti narahat edən, çaşqınlıq yaradan siqnal daxil olmayıb.

“Vətəndaşların mühafizəsi, təhlükəsizliyi tam təmin olunur”, - deyə Elşad Hacıyev qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026