• Bakı 29° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.167

Vəzifəli şəxs otağında öldürüldü - FOTO

CƏMİYYƏT

23 Iyul 2026 | 09:27

Vəzifəli şəxs otağında öldürüldü - FOTO

Meksikanın Temoak şəhərinin meri Valentin Lavin öz iş yerində güllələnərək qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Ölkənin Baş Prokurorluğundan bildirilib ki, hüquq-mühafizə orqanları caninin axtarışını davam etdirirlər. Telekanalın məlumatına əsasən, bu ilin yanvar ayında da sözügedən məmura qarşı silahlı hücum cəhdi qeydə alınıb.

Temoak şəhəri Mexikodan çox da uzaq olmayan, bir neçə narkokartelin aktiv fəaliyyət göstərdiyi Morelos ştatında yerləşir. Lavin Prezident Klaudiya Şeynbaumun rəhbərlik etdiyi hakim solçu partiyanın üzvü idi.

Rəsmi statistikaya əsasən, narkotik ticarətinə qarşı mübarizənin kəskinləşdiyi 2006-cı ildən bu yana Meksikada 100-ə yaxın mer öldürülüb. Hazırkı hökumətin 2024-cü ilin oktyabrında hakimiyyətə gəlməsindən bəri 14 şəhər rəhbəri cinayətkarların qurbanı olub. Onlardan üçü, o cümlədən son olaraq Lavin 2026-cı ildə qətlə yetirilib. Bunların arasında ən çox rezonans doğuran hadisə ötən ilin noyabrında Uruapan şəhərinin meri Karlos Mansonun öldürülməsi olub. Narkocinayətkarlığa qarşı sərt siyasət yürüdən Manso, Ölülər Günündə kütlə qarşısında çıxışı zamanı güllələnmiş, bu hadisə isə kütləvi etirazlara və polislə toqquşmalara səbəb olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyul 2026