• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - CAVAB

CƏMİYYƏT

20 Noyabr 2025 | 14:45

Vəzifəli şəxsin təhsilsiz olması iddiasına TƏBİB rəhbərindən - CAVAB

“TƏBİB daxilində ali təhsili olmayan əməkdaşımız yoxdur”.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə deyib.

“Son günlər mediada bir əməkdaşımız haqqında yayılan xəbərlə bağlı bildirmək istəyirəm ki, həmin şəxs ATU-nun Tibbi profilaktika fakültəsini bitirib. Diplomunda həkim yazılıb. Səhiyyənin idarə olunması ilə bağlı magistr dərəcəsi alıb. Mətbuat nümayəndələrindən xahiş edirəm ki, hər hansı məlumatı paylaşmamışdan əvvəl dəqiqləşdirilmə aparılsın”.

Xatırladaq ki, son günlər mətbuatda TƏBİB-in İlkin Səhiyyə Xidməti Departamentinin rəhbəri Rəşad Çobanlının tibbi təhsilə malik olmadığı haqqında məlumat yayılıb.


SON XƏBƏRLƏR