Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Şöbəsinə yeni rəis təyinatı olub.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən polis mayoru Zaur Babazadə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, Z.Babazadə bu təyinata qədər Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.
İsmayıl Alısoy
















