Bu il yanvarın 1-nə Azərbaycanda virtual kartların sayı ötən il yanvarın 1-nə nisbətən 24,6 % çox - 2,3 milyon ədəd olub.
Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, hesabat tarixinə dövriyyədə olan ödəniş kartlarının 10,7 %-ni virtual kartlar təşkil edib.
Ötən ilin sonuna dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon ədəd olub, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 91,6 %-i təmassız ödənişləri dəstəkləyib. Əvvəlki ilin sonu ilə müqayisədə ödəniş kartlarının sayı 10,5 % artıb. Kartların 90,6 %-ni (19,9 milyon ədəd) debet kartlar, 9,4 %-ni (2,1 milyon ədəd) isə kredit kartları təşkil edib.
2025-ci ildə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi məbləği 2024-cü il ilə müqayisədə 19,3 % artaraq 146,7 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25,6 % artaraq 99,1 milyard manat olub.
Bakı 




