• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Övladını məktəbə gətirən valideyni avtobus vurub - FOTO

HADİSƏ

24 Yanvar 2025 | 09:11

Övladını məktəbə gətirən valideyni avtobus vurub - FOTO

Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 111 saylı məktəbin qarşısında qeydə alınıb.

20 Yanvar küçəsində piyada keçidindən keçərək övladını məktəbə gətirən Nuranə Hacıyevanı 525 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı ağır kəllə-beyin travması alaraq Kliniki Tibbi Mərkəzinə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, N.Hacıyevanın vəziyyəti stabil ağırdır.

Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır


Övladını məktəbə gətirən valideyni avtobus vurub - FOTOÖvladını məktəbə gətirən valideyni avtobus vurub - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026