• Bakı 26° C

    8.25 m/s

  • USD - 1.7

    EUR - 1.9845

    RUB - 2.0257

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan - Portuqaliya oyunu başlayıb

İDMAN

21 Avqust 2026 | 19:04

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan - Portuqaliya oyunu başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakının da ev sahibliyi etdiyi Avropa çempionatında mübarizəyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Faiq Qarayevin başçılıq etdiyi yığma C qrupunun ilk oyununda Portuqaliya ilə qarşılaşır. Milli Gimnastika Arenasında təşkil olunan görüş saat 19:00-da start götürüb.

Azərbaycan millisi qrupda növbəti görüşünü avqustun 23-də eyni məkanda İspaniya seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, C qrupunda Azərbaycan və Portuqaliya yığmaları ilə yanaşı, Niderland, İspaniya, Belçika və Rumıniya komandaları da mübarizə aparır. Bu qrupun matçlarına avqustun 28-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR