• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 2.0042

    RUB - 2.2139

Vüqar Bayramov: Ölkəmiz "orta güc" dövlətinə çevrilib

SİYASƏT

20 Fevral 2026 | 11:54

Vüqar Bayramov: Ölkəmiz orta güc dövlətinə çevrilib

ABŞ Prezidentinin ölkəmizlə bağlı xoş sözləri Azərbaycanın regional gücünü və geosiyasi mövqeyini daha da gücləndirir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov deyib.

O vurğulayıb ki, Sülh Şurası dünyanın aparıcı iqtisadi güclərini birləşdirir. Üzv dövlətlərin birgə ÜDM-lərinin həcmi 54.4 trilyon dollar təşkil edir ki, bu da dünya iqtisadiyyatının üçdə birinə bərabərdir. Azərbaycanın yüksək səviyyəli iclasa dəvət olunması ölkəyə göstərilən xüsusi diqqətin göstəricisidir.

Vüqar Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çox vektorlu xarici siyasət Azərbaycanın geosiyasi mövqeyini gücləndirərək ölkəni regional “orta güc” dövlətinə çevirib. Bu siyasət həm Qərb, həm də Şərq tərəfdaşlıqlarını möhkəmləndirir və regional təhlükəsizliyin qorunmasında rol oynayır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Fevral 2026