• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Vüqar Gülməmmədov: İlk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb

İQTİSADİYYAT

18 Noyabr 2024 | 12:55

Vüqar Gülməmmədov: İlk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb

Büdcə qaydasında dəyişiklik edilməsinin müəyyənləşməsi yalnız ortamüddətli dövrün sonuna nəzərdə tutulub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

    Palata sədri bildirib ki, əvvəlki ildən fərqli olaraq, makroiqtisadi göstəricilər və ssenarilər büdcə layihəsində əks etdirilməyib, əsaslı xərclərin azalması şəraitində cari və borca xidmət xərclərinin artımı proqnozlaşdırılır: "Son illərdə ilk dəfə olaraq büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb. İzahatda əks etdirilmiş bu risk indikatoru üzrə narahatlığı biz də bölüşürük".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026