ABŞ Nümayəndələr Palatası işçilərinin istifadə etdiyi cihazlarda "WhatsApp" qadağan olunub.
Bakıvaxtı.az xəbər verir ki, daxili bildirişdə işçilərə "WhatsApp"ı yükləməmək və varsa silmək tapşırılıb. Mobil, masaüstü və veb versiyalarında bu tətbiqdən istifadə qadağandır.
Palatanın Kibertəhlükəsizlik İdarəsinin hesabatında "WhatsApp" məlumatların qorunması baxımından zəif və yüksək riskli hesab olunur.
İşçilərə tanımadıqları nömrələrdən gələn mesajlara ehtiyatla yanaşmaq tövsiyə olunub. Alternativ olaraq, "Microsoft Teams", "Signal", "iMessage" və "FaceTime" kimi tətbiqlər məsləhət görülür.
Qeyd edək ki, palata son vaxtlar "DeepSeek", "ByteDance" və "Microsoft Copilot" tətbiqlərinə də məhdudiyyətlər qoyub, "ChatGPT"-dən isə yalnız ödənişli "Plus" versiyada istifadə icazəsi verilib./Milli.az