• Bakı 32° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

"WhatsApp"da yeni funksiya sınaqdan keçirilir

MULTİMEDİA

25 Iyul 2025 | 10:13

WhatsAppda yeni funksiya sınaqdan keçirilir

"WhatsApp" istifadəçilərə xüsusi mesajlar üçün xatırlatmalar təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir.

Bakıvaxtı.az xəbər verir ki, yenilik barədə "WABetaInfo"portalı məlumat verib.

Bu yenilik mesajları tez-tez oxuyan, cavab verməyi təxirə salan və yaxud onları yaddan çıxaran istifadəçilərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Məlumata görə, xatırlatma funksiyasını işə salmaq üçün mesajın üzərinə bir müddət basmaq lazım olacaq, bundan sonra menyuda "Mənə xatırlat" seçimi görünəcək.

İstifadəçilər əvvəlcədən təyin edilmiş vaxt intervallarından birini seçərək 2, 8 və ya 24 saatlıq xatırlatma intervalını tənzimləyə biləcəklər. Funksiya aktivləşəndən sonra mesajın kənarında kiçik zəng işarəsi görünəcək.


SON XƏBƏRLƏR

25 Iyul 2025