• Bakı C

    3.65 m/s

  • USD - 1.7

    EUR - 1.7778

    RUB - 1.8586

Xaçmazda göldə meyit tapılıb

HADİSƏ

25 Yanvar 2025 | 18:00

Xaçmazda göldə meyit tapılıb

Xaçmaz rayonunun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki kiçik göldə kişi meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, cəsədin Xaçmaz rayonunun Ağyazı kənd sakini 39 yaşlı Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. İlkin məlumata görə, ölən şəxs sərxoş vəziyyətdə bağ sahəsinə hasardan aşaraq daxil olub, daha sonra gölə düşüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

18 Fevral 2025