Xalq artisti Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı məlum olub.
Bu barədə APA-ya onun bacısı oğlu məlumat verib.
Bildirilib ki, dünən "İçərişəhər" metrostansiyasının yaxınlığında piyada keçidindən keçərkən Şükufə Yusupovanı maşın vurub.
Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.
Hazırda Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir.
13:49
Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.





