• Bakı C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.8409

    RUB - 0.0183

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır

CƏMİYYƏT

30 Mart 2023 | 12:38

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır

Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi  aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.


SON XƏBƏRLƏR

28 Mart 2024