• Bakı 15° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Süleyman Rüstəmin oğlu vəfat etdi

CƏMİYYƏT

28 Iyun 2026 | 23:49 | Müəllif: Gülşən Şərif

Süleyman Rüstəmin oğlu vəfat etdi

Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Teleqraf-a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.

O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.

Qeyd edək ki, Azad Rüstəmzadə Xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.

Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR