• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xanım Tiktoker 10 sutkalıq həbs edildi - FOTO

CƏMİYYƏT

29 Iyul 2026 | 21:19 | Müəllif: Subhan Mahmudov

Xanım Tiktoker 10 sutkalıq həbs edildi - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən daha bir tiktoker həbs edilib. 

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Əhmədova Səkinə Nizami qızı polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsilə (internet informasiya ehtiyatında və yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin yekun qərarı ilə Səkinə Əhmədova 10 gün müddətinə inzibati qaydada həbs edilib.


Xanım Tiktoker 10 sutkalıq həbs edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026