"Arıqlamaq istəyən insanlar çörəyi ehtiyatla istifadə edirlər. Onlara elə gəlir ki, çörək məhsullarında çoxlu kalori var və bu kalori dərhal yağa çevrilir. Ancaq çörəyin miqdarında istifadəsi gözəl bədən quruluşuna zərər vermir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq Natalya Kruqlova bildirib.
Onun sözlərinə görə, çörəyi çəki azaltma dövründə yemək olar.
"Bu məhsulu sağlam çəkini saxlayarkən də istifadə etmək olar. Ancaq yaxşı olar ki, insan tam taxıllı çörək seçsin. Bu cür un daha çox bitki zülalları, qida lifləri, vitaminlər və mikroelementlər ehtiva edəcək. Kalori baxımından taxıl çörəyi və rafinə edilmiş undan hazırlanmış çörək arasında böyük fərq yoxdur. Lakin toxluq hissini saxlamaq və digər qida maddələrini almaq baxımından belə çörəyin bir sıra üstünlükləri var. Çörək əksər insanlar üçün təhlükəlidir? Xeyr, bu məhsul qida rasionunda mütləq olmalıdır" , - deyə Kruqlova bildirib.
Diyetoloq əlavə edib ki, həzm problemi olmayan insanlar çörəyi qorxmadan yeyə bilərlər.
"O, nahar üçün yaxşı əlavə və ya müstəqil qəlyanaltı ola bilər" , - deyə həkim sözlərini yekunlaşdırıb.Oxu.az