• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Xatirə gəlininə öz gəlinliyini geyindirmək istəyir

MƏDƏNİYYƏT

22 Iyun 2024 | 11:18

Xatirə gəlininə öz gəlinliyini geyindirmək istəyir

"Allah qismət eləsin, Emilin (oğlunu nəzərdə tutur - red.) yoldaşına da öz toyumda geyindiyim gəlinliyi geyindirmək istəyirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Günaydın Azərbaycan" verilişində deyib.

İfaçı toyundan danışaraq köks ötürüb.

"Bilmirəm, bəyənər ya yox. Amma istəyərəm ki, gəlinim o gəlinlikdə çıxsın. 10,15 dəqiqə geyinib, sonra dəyişsə də olar. Əslində mən evlənəndə 57 kiloqram idim. Ondan öncə kökəlmişdim, amma toy ərəfələrində arıq idim. Gəlinliyi hələ də saxlayıram. İnşallah qismət olar".

Qeyd edək ki, Xatirə İslam 2012-ci ildə Fəxrəddin adlı bəylə ailə həyatı qurub. 

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR