Son dövrlərdə telefonla edilən zənglər vasitəsilə bank kartlarından pul oğurlayan dələduzların sayı çoxalmaqdadır.
Bakıvaxtı.az xəbər verir ki, bəhanələr müxtəlif olsa da, səbəb birdir: insanları aldadaraq kartlarındakı pulu mənimsəmək.
İT mütəxəssisi Rəşad Əliyev son zamanlar edilən fişinq hücumlardan danışarkən bildirib ki, əgər videozəng edilibsə, bu, artıq biometrik tanıtımdır:
"Dələduzlar biometrik tanıtımda vətəndaşın adına yaradılan SİMA-dan qeydiyyatdan keçib digər əməliyyatları apara bilərlər".
Həmçinin ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 40 min manata yaxın və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Məsələ bununla da bitmir. Hələ sizin adınıza yüksək məbləğdə kredit də götürülə bilər. Maraqlıdır, saxta kredit kimi rəsmiləşdirilən vəsait necə geri qaytarılır?
Mərkəzi Bankdan bildirilib ki, bankdaxili qaydalara görə, geri ödəniş prosesi ilə qanunvericiliyə uyğun olaraq məsələyə məhkəmə qaydasında baxıla bilər.
Ətraflı Baku TV-nin süjetində: