• Bakı 28° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Xələf Xələfov Moskvada Lavrovun müavini ilə məsləhətləşmələr apardı

SİYASƏT

31 May 2023 | 19:18

Xələf Xələfov Moskvada Lavrovun müavini ilə məsləhətləşmələr apardı

Mayın 31-də Moskvada Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında məsləhətləşmələr keçirilib.

Bakıvaxtı.az Rusiya XİN-ə istinadən xəbər verir ki, məsləhətləşmələr zamanı Rusiya-Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri, o cümlədən cari gündəlikdəki ən aktual məsələlər predmetli şəkildə və müttəfiqlik ruhunda nəzərdən keçirilib.

"Bir sıra regional və beynəlxalq mövzular üzrə ətraflı müzakirə aparılıb. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurası çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən təmaslar fonunda onların əldə etdikləri bütün üçtərəfli razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanıb" - deyə Rusiya XİN-dən bildirilib.


SON XƏBƏRLƏR

17 Iyun 2024