• Bakı 24° C

    13.5 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Xərçəngin yan təsirləri olmadan müalicəsi üçün üsul hazırlandı

DÜNYA

30 Iyun 2025 | 08:37

Xərçəngin yan təsirləri olmadan müalicəsi üçün üsul hazırlandı

Alimlər yan təsirləri olmayan xərçəng əleyhinə dərmanlar yaratmağa yaxınlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, Touro Əczaçılıq Kollecinin professoru Raj Kumarın rəhbərlik etdiyi bir araşdırma ilk dəfə olaraq steroid hormon reseptorları adlanan zülalların strukturunu təfərrüatlı şəkildə izah edib.

Məlumata görə, bu reseptorlar döş, prostat və yumurtalıq xərçəngi kimi hormona bağlı şişlərin müalicəsi üçün əsas hədəfdir. Qeyd olunub ki, dərmanlar təkcə şişi deyil, həm də sağlam orqanları bloklayır, ciddi yan təsirlərə səbəb olur. Məsələn, döş xərçənginə qarşı dərmanlar uşaqlıq yolu xərçəngi riskini artıra bilər.

Kumarın komandası ilk dəfə olaraq bu reseptorların hüceyrələrin içərisində necə mürəkkəb zülal birləşmələri meydana gətirdiyini göstərib. Bu kəşf başqalarına təsir etmədən yalnız xəstə toxumalarda olan reseptorları dəqiq şəkildə “söndürməyə” kömək edə bilər.

Tədqiqatçılar hesab edirlər ki, onların işi yeni nəsil dərmanların yaradılmasına zəmin yaradacaq. 

Bildirilib ki, onlar yalnız lazımi yerdə fəaliyyət göstərəcək və xəstələri müalicənin ağır nəticələrindən azad edəcəklər.

Mina Mikayılova


SON XƏBƏRLƏR