• Bakı C

    6.57 m/s

  • USD - 1.7

    EUR - 1.7502

    RUB - 1.6626

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

HADİSƏ

10 Yanvar 2025 | 12:19

Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ

Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna AEM-dən bildirilib.

"Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.


SON XƏBƏRLƏR