• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Xəyyam Mirzəzadənin adı küçəyə verildi

CƏMİYYƏT

06 Dekabr 2024 | 13:02

Xəyyam Mirzəzadənin adı küçəyə verildi

Görkəmli bəstəkar, Xalq artisti, dövlət mükafatı laureatı Xəyyam Mirzəzadənin adı Yasamal rayonunda küçəyə verilib.

Bakıvaxtı.az xəbər verir ki, Yasamal rayonunda (3 nömrəli ASAN Xidmət tərəf, dağlı məhəlləsi) bir neçə böyük məhəlləni əhatə edən küçə bundan sonra görkəmli bəstəkarın adını daşıyacaq.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə, 82 yaşında uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.

II Fəxri Xiyabanda dəfn olunub.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025