• Bakı 27° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib

CƏMİYYƏT

03 Avqust 2024 | 15:45

Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib

Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Novxanı sahili tullantılardan təmizlənib.

Bakıvaxtı.az xəbər verir ki, “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti aksiya bu gün Xəzər dənizinin Novxanı sahilində keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının, Binəqədi rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin nümayəndələrinin, “Təmiz Şəhər” ASC-nin, “AzərGold” QSC-nin, “NARGİS” jurnalının, “Araz” supermarketlər şəbəkəsinin, “Asan” könüllülərin və ekokönüllülərin iştirak etdiyi aksiyada 1 tondan artıq tullantı yığılaraq daşınıb.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd insanları ətraf mühitə daha həssas və məsuliyyətli davranmağa təşviq etmək, tullantıların azaldılması və düzgün idarə olunmasına nail olmaqdır.


SON XƏBƏRLƏR

31 May 2025