• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Xəzər geri çəkildi, 9 min hektara yaxın torpaq sahəsi üzə çıxdı

CƏMİYYƏT

15 Sentyabr 2024 | 08:12

Xəzər geri çəkildi, 9 min hektara yaxın torpaq sahəsi üzə çıxdı

Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb.

Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir.

Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir./axar.az


SON XƏBƏRLƏR