• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Xəzərdə süni torpaq yaratmağa görə icarə haqqı müəyyənləşir  

CƏMİYYƏT

15 Aprel 2024 | 14:50

Xəzərdə süni torpaq yaratmağa görə icarə haqqı müəyyənləşir  

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsi yaradılması üçün icarə haqqı müəyyən ediləcək.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Məlumata görə süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Layihəyə görə süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyətə cəlb olunacaqlar. 

 


SON XƏBƏRLƏR

29 Aprel 2024