• Bakı C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

Xidmət: Su təchizatında yarana biləcək problemlərin qarşısı əvvəldən alınır

CƏMİYYƏT

21 Fevral 2025 | 14:20

Xidmət: Su təchizatında yarana biləcək problemlərin qarşısı əvvəldən alınır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti şaxtalı hava şəraitində su təchizatında yarana biləcək problemlərin qarşısını bəri başdan almaq üçün fəaliyyətdədir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib. 

Məlumata görə, mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.

"Bundan başqa qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Belə ki, vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunsun, ya da torpaq altına keçirilsin.

Həmçinin fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqaları ilə əhatə olunması tövsiyə edilir", - deyə açıqlamada qeyd olunub. 


SON XƏBƏRLƏR

21 Fevral 2025