• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO

CƏMİYYƏT

18 Fevral 2023 | 15:05

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 771 nəfərin cəsədini çıxarıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu çərçivədə nazirliyin xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.


Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEOXilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ çıxardı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026